Amerika Suriyaya hərbi texnika daşıyan onlarla yük maşını gətirib

Amerika Suriyaya hərbi texnika daşıyan onlarla yük maşını gətirib

ABŞ hərbi karvanı, o cümlədən onlarla texnika daşıyan yük maşını İraq Kürdüstanından Suriyaya daxil olub.

IRNA-nın Russia Todayə istinadən verdiyi məlumata görə, ən azı 40 Amerika hərbi yük maşını çərşənbə günü İraq Kürdüstanından Suriya ərazisinə daxil olaraq Həsəkənin cənubunda və Deyrəz-Zorun şimal-şərqindəki Amerika hərbi bazalarına doğru hərəkət edib.

Bu yük maşınları bu bölgədəki qeyri-qanuni Amerika bazalarının təhlükəsizliyini artırmaq üçün lazımi avadanlıqları daşıyıb.

İlk dayanacağında ABŞ hərbi karvanı İraq Kürdüstanından Suriyanın şimal-şərqindəki Qamışlı şəhərinə daxil olub. Amerika hərbi texnikasının Suriyaya gəlişi Amerikanın F 16 qırıcılarının bölgəyə yerləşdirilməsi ilə bağlı xəbərlərin dərc olunduğu bir vaxtda baş verir.

Beləliklə, xəbər mənbələri ABŞ-ın Suriyada bu ölkəyə bağlı milis qrupu yaratmaq cəhdini ortaya çıxarır.

Əl-Məyadin xəbər kanalı öz məlumatlı mənbələrinə istinadən elan edib: “Əbu Xule” adlı şəxs özünü yeni suriyalı qəbilə və köçərilərdən ibarət yeni milis qrupunun lideri kimi təqdim edib.

Amerika isə bu milis qrupunu “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan milislərlə bərabər formalaşdırmağa çalışır.

Bu mənbələr amerikalıların qeyri-qanuni “ƏtTənif” bazasını bölgənin köçərilərinin təşkil etdiyi qruplaşma vasitəsilə bu ölkənin şimal-şərqində Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olan ərazilərə birləşdirmək planını daha da üzə çıxarıb.

Əl-Məyadin bununla bağlı bildirib ki, ABŞ-ın komandanlığı altında SDQ silahlıları Həsəkənin şimal ətrafındakı Qamışlı şəhərindən 500 zirehli texnikanı “Əkidat” və “Əl-Bəsirə” qəsəbələrinə köçürüb. Həmçinin, texnikalar Deyrəz-Zorun şimal-şərqindəki “Əl-Ömər” neft yatağında Suriya ordusu ilə təmas xəttində yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =