ABŞ Almaniyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib

ABŞ Almaniyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Departamenti Almaniyaya 2,9 milyard dollar dəyərində AIM-120C-8 AMRAAM ortamənzilli hava-hava tipli raketlərinin satışına razılıq verib.
Qeyd olunur ki, Almaniya hökuməti 969-a qədər raket, eləcə də müvafiq avadanlıq almaq niyyətindədir.
Bundan əvvəl ABŞ Yaponiyaya “hava-hava” raketlərinin satışını elan edib.
AMRAAM səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub.
Report.az