Tramp Ukraynanın NATO-ya daxil olması ideyasını dəlilik adlandırıb

Tramp Ukraynanın NATO-ya daxil olması ideyasını dəlilik adlandırıb

Ukraynanın NATO-ya daxil olması fikri tamamilə ağılsızlıqdır.

APA xəbər verir ki, müvafiq bəyanatla ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxış edib.

O, korrupsioner və səriştəsiz adlandırdığı ABŞ-ın hazırkı lideri Co Baydeni tənqid etməkdən yan keçmədi.

Tramp Çin və Ukraynanın Bayden ailəsinə nə qədər pul ödədiyinə diqqət yetirməyə çağırıb.

“Belə bir şəraitdə Ukraynanın NATO-ya qoşulma imkanını nəzərdən keçirməyimiz ideyası indi tamamilə dəlilikdir”, – deyə Tramp bildirib.

O, hesab edir ki, Bayden administrasiyasının hərəkətləri dünyanı üçüncü dünya müharibəsinə gətirə bilər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =