Ərəb parlamentinin rəhbəri Danimarkanı boykot etməyə çağırıb

Ərəb parlamentinin rəhbəri Danimarkanı boykot etməyə çağırıb

Ərəb Parlamentinin rəhbəri Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimin təhqir olunmasını qətiyyətlə pisləyib.

Ərəb Parlamentinin sədri Adil bin Əbdürrəhman Əl Əsumi Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimin təhqir edilməsini pisləyib və bu ölkəni boykot etməyə və ora səyahət etməməyə çağırıb.

Ötən cümə axşamı (20 iyul) İsveçdə söz azadlığı bəhanəsi ilə ölkə polisinin yaşıl işığı ilə Qurani-Kərimi təhqir etdikdən sonra, cümə günü Danimarkada ifrat sağçı qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin bir nüsxəsini yandırıb.

Özlərini “Danske Patrioter” (Danimarka Vətənpərvərləri) adlandıran ifrat sağçı qrupun üzvləri İraqın Danimarka paytaxtındakı səfirliyi qarşısında əllərində İslam əleyhinə plakatlar tutaraq İslam dini və onun ayinlərinə qarşı şüarlar səsləndiriblər. İraq bayrağını və Qurani-Kərimi yerə ataraq tapdalayıblar və bu hərəkəti Facebook hesablarında canlı yayımlayıblar.

Ərəb Parlamentinin sədri deyib ki, bu məsuliyyətsiz davranışlar müsəlmanların hisslərini incidir və nifrəti artırır və dinc yanaşı yaşayışı təhdid edir.

 “Rəy Əl-Yəvm” qəzetinin məlumatına görə, Əl-Əsumi bu cür davranışların üzrlü olmadığını və beynəlxalq ictimaiyyətin bu cür davranışların təkrarlanmasının qarşısını almaq üçün qətiyyətli mövqe tutmalı olduğunu bildirib.

O, ərəb və İslam xalqlarını Danimarkanı boykot etməyə və bu ölkəyə səfər etməməyə çağırıb və dini simvolların və müqəddəs kitabların təhqir edilməsini cinayət hesab edən, zorakılıq, ekstremizm və nifrətə təhrikdən qaçınmaq üçün qanunların qəbul edilməsinin vacibliyini vurğulayıb.

Əl-Əsumi, həmçinin, ərəb və islam ölkələrini İslam dini və Allahın kitabına qarşı cinayət əməllərinə qarşı daha sərt tədbirlər görməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − seventeen =