Dəməşq: Fələstinə dəstək Tel-Əviv işğalı bitənə qədər davam edəcək

Dəməşq: Fələstinə dəstək Tel-Əviv işğalı bitənə qədər davam edəcək

Suriya Xarici İşlər Nazirliyi Fələstin məsələsinin tərəfdarlarının zirvəsində qalacağını və ərəb ölkələrinin sionist rejim tərəfindən işğalına son qoyulması yolunda səylərini əsirgəməyəcəyini vurğulayıb.

Suriya Xarici İşlər Nazirliyi Fələstin məsələsinə prinsipial və daimi dəstəyini bir daha vurğulayaraq, bunu diplomatik və hüquqi hərəkatlara uyğun hesab edib.

Dəməşq bəyan edərək Fələstinin sionist müvəqqəti rejimin işğalından azad olmasının, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsində (ICJ) Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna malik olması və paytaxtı Qüds olan müstəqil dövlət qura bilməsinin zəruriliyini vurğulayıb.

Suriyanın rəsmi xəbər agentliyi (SANA) bu ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Dəməşq bu məhkəmədə sionist rejimin cinayətlərini və onun hüquqi ölçülərini, o cümlədən, sionistlərin Fələstinə qarşı məqsədyönlü və davamlı təcavüzünü təsvir edib.

Keçən ayın martında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin qətnamə layihəsini təsdiqlədi və bu qətnamədə Beynəlxalq Cinayət Məhkəməsindən sionist rejimin işğalı məsələsinin araşdırılması tələb olundu.

Ötən bazar ertəsi Fələstinin xarici işlər naziri Riyaz Əl-Maliki bu məhkəməyə sionist işğalı məsələsini nəzərdən keçirmək və Fələstin xalqının hüquqlarının pozulması, qəsəbə salınması və torpaqların işğalının pislənməsi ilə bağlı qanuni hökm çıxarmaq üçün bu məhkəməyə yazılı tələb təqdim edib.

Suriya Xarici İşlər Nazirliyi sonda vurğulayıb ki, bu ölkə Fələstin məsələsinin tərəfdarlarının başında qalacaq və ərəb ölkələrinin sionist rejim tərəfindən işğalına son qoyulması üçün heç bir səyini əsirgəməyəcək. Həmçinin, Fələstin xalqının müstəqil ölkə qurmaq uğrunda mübarizəsini dəstəkləyəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =