İslami Cihad: Misirdəki görüş müqavimətin güclənməsinə səbəb olarsa, biz bunu dəstəkləyəcəyik

İslami Cihad: Misirdəki görüş müqavimətin güclənməsinə səbəb olarsa, biz bunu dəstəkləyəcəyik

Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini vurğulayıb ki, Misir toplantısının boykot edilməsi İordan çayının qərb sahilində siyasi həbslərin davam etməsi və müqavimət üzvlərinin təqibi ilə bağlıdır.

Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd Əl-Hindi Misir toplantısının boykot edilməsinin İordan çayının qərb sahilində siyasi həbslərin və müqavimət üzvlərinin təqiblərinin davam etməsi ilə əlaqədar olduğunu bildirib.

Fələstin Muxtariyyət Təşkilatının təhlükəsizlik qurumları, xüsusilə İordan çayının qərb sahilində baş verən son hadisələrdən sonra, İslami Cihad hərəkatının bir sıra üzvləri və bu hərəkatın hərbi qanadı olan Sərayəl-Qüds də daxil olmaqla, fələstinli döyüşçülərin həbsini intensivləşdirib.

 “Fələstin Əl-Yəvm” kanalının xəbərinə görə, Əl-Hindi deyib: “Bu görüşün hər hansı nəticəsi millətin sabitliyinin və Fələstinin müqavimətinin güclənməsinə səbəb olarsa, ilk olaraq onu dəstəkləyən biz olacağıq.”

Fələstinli qrupların toplantısı Fələstin İslami Cihad hərəkatı da daxil olmaqla 4 qrupun bu görüşü boykot etməsi səbəbindən sabah (bazar günü) Qahirədə keçiriləcək.

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə və Fələstin Muxtariyyət Təşkilatını rəhbəri Mahmud Abbas Fələstin liderlərinin mühüm toplantısında iştirak etmək üçün bu gün günorta (şənbə) Misirə gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 6 =