Misirdə polis bölməsinə hücum zamanı dörd nəfər ölüb

Misirdə polis bölməsinə hücum zamanı dörd nəfər ölüb

Misirdə məhbusların polis bölməsinə hücumu nəticəsində azı dörd təhlükəsizlik işçisi həlak olub.

APA xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik xidmətindəki iki mənbəyə istinadən məlumat yayıb.

Daha 6 nəfər xəsarət alıb. Ölənlər arasında polis polkovniki də var.

Agentliyin məlumatına görə, bir qrup məhbus Sinay yarımadasının şimalında yerləşən El Ariş şəhərinin mərkəzi polis idarəsində silah-sursat ələ keçirərək təhlükəsizlik əməkdaşlarına hücum edib.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =