Livan İsveç və Danimarka ilə mədəni əməkdaşlığı dayandırıb

Livan İsveç və Danimarka ilə mədəni əməkdaşlığı dayandırıb

Livan hökuməti İsveç və Danimarkada Qurani-Kərimin təhqir edilməsini pisləyərək, bu iki ölkə ilə bütün ünsiyyət və mədəni əməkdaşlığı dayandırıb.

Livan hökumətinin mədəniyyət naziri bu ölkədə Qurani-Kərimin təhqir edilməsini pisləyərək İsveç və Danimarka ilə əməkdaşlıq və mədəni əlaqələrin dayandırıldığını açıqlayıb.

Çərşənbə axşamı (25 iyul) Danimarkanın paytaxtı Kopenhagendə Misir və Türkiyənin səfirlikləri qarşısında ekstremist qruplaşma üzvləri Qurani-Kərimi dəfələrlə təhqir etdikdən və onun bir nüsxəsini yandırdıqdan sonra bu, bütün dünya müsəlmanlarını qəzəbləndirib.

Livan hökumətinin mədəniyyət naziri Məhəmməd Vəssam Əl-Mürtəza,İsveç və Danimarka ilə bütün kommunikasiya və mədəni əməkdaşlığın və bu iki ölkənin səfirliklərinin fəaliyyətlərinin dayandırıldığını bildirib.

 “Əl-Əhd” saytının məlumatına görə, Əl-Mürtəza isveçli həmkarı “Barissa Lillestrand” və danimarkalı həmkarı “Yakob Engel Şmidtə” yazdığı məktubda bu ölkələrdə Qurani-Kərimə təkrar edilən təhqirləri kəskin şəkildə pisləyib.

Qurani-Kərimi təhqir etmək və təhqirə dəstək olmağın eyni şey olduğuna işarə edərək deyib:

 “İsveç və Danimarka rəsmiləri Quranı təhqir etməyə icazə vermiş olmasaydı, bütün müsəlman və xristian livanlıların hisslərini incidəcək bu çirkin davranış heç vaxt baş verməzdi.”

Livanın Mədəniyyət naziri həmçinin bildirib ki, bu nazirlik Danimarka və İsveçlə mədəni əlaqələr qurmaqda maraqlıdır, lakin bu əlaqələr dəyərlərin qorunması və əqidələrə hörmət prinsipi üzərində qurulmalıdır.

Müvafiq olaraq, Livanın Mədəniyyət Nazirliyi bu vəziyyət düzələnə qədər İsveç və Danimarka və onların Beyrutdakı səfirlikləri ilə bütün mədəni əməkdaşlığı dayandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + eight =