Livandakı Əynul-Həlvə düşərgəsində silahlı qarşıdurma: Bir fələstinli məmur öldürülüb

Livandakı Əynul-Həlvə düşərgəsində silahlı qarşıdurma: Bir fələstinli məmur öldürülüb

Livanın Əynul-Həlvə düşərgəsi ardıcıl ikinci gündür intensiv silahlı toqquşmaların şahidi olur. Bu gün baş verən qarşıdurmalar zamanı Fəth hərəkatına bağlı bir fələstinli məmur öldürülüb, bir neçə nəfər yaralanıb.

Media mənbələri bu gün (bazar günü, iyulun 30-da) Livanın cənubundakı Fələstinin “Əynul-Həlvə” düşərgəsində Fəth hərəkatının qüvvələri ilə “Əş-Şəbabəl-Müslim” kimi tanınan silahlı qruplaşma arasında silahlı qarşıdurmanın yenidən başladığını bildirib. Fələstin Milli Təhlükəsizlik Komandirinin avtomobilinə atəş açılıb.

Bu xəbərə görə, Əynul-Həlvə düşərgəsindəki “Əs-Səfsaf” və “Əl-Bərəksat” bölgələri iki tərəf arasında gərgin silahlı qarşıdurmanın şahidi olub.

Əynul-Həlvədəki milli təhlükəsizlik komandirinin müavini deyib: Fələstinin FƏTH hərəkatının milli təhlükəsizlik komandiri briqada generalı Əbuəşrəf Əl-Ərmuşinin olduğu avtomobilə atəş açıldıqdan sonra o, həlak olub.

  Livan ordusu da Fələstin düşərgəsi yaxınlığında əsgərlərindən birinin yaralandığını açıqlayıb. Bu əsgər Əynul-Həlvə düşərgəsi ətrafındakı hərbi mərkəzlərdən birinə minaatan atəş açılması nəticəsində yaralanıb.

Livanın cənubundakı Əynul-Həlvə düşərgəsi tez-tez bu düşərgədə olan silahlı qruplar arasında toqquşmaların şahidi olur.

Əl-Məyadin kanalı bildirib ki, bu düşərgədə qarşıdurmalar hələ də davam edir və bu düşərgədəki evlərdən biri RPQ güllələri ilə dağıdılıb və məsul tərəflər münaqişələrin miqyasının genişlənməsindən və fələstinli qaçqınların onların qurbanına çevrilməsindən narahatdırlar.

Bu səbəbdən Səydada ciddi təhlükəsizlik tədbirləri qurulub və qabaqlayıcı tədbirlər çərçivəsində Əynul-Həlvə düşərgəsinə bitişik yollarda avtomobillərin keçməsinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 8 =