İordan çayının qərb sahilində 18 yaşlı fələstinli gənc şəhid olub

İordan çayının qərb sahilində 18 yaşlı fələstinli gənc şəhid olub

İordan çayının qərb sahilinin şimalında işğalçı qüvvələrin hücumunun ardınca 18 yaşlı fələstinli gənc güllə ilə öldürülüb.

Bu gün, cümə günü (4 avqust) sionist qüvvələrin işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərimdəki Nur Şəms düşərgəsinə hücumundan sonra bir fələstinli gənc işğalçı rejim qüvvələri tərəfindən şəhid olub.

 “Arabi 21” xəbər saytı Fələstin mənbələrinə istinadən xəbər verir ki, 18 yaşlı “Mahmud Əbu Səin” işğalçı qüvvələrin gülləsi ilə birbaşa başından yaralanıb və şəhadət xəbəri gələnə qədər xəstəxanaya aparılıb.

Bu məlumatlara görə, bu hücumdan sonra Tulkərim bölgəsinin fələstinli gəncləri ilə işğalçı rejim əsgərləri arasında şiddətli qarşıdurmalar yaşanıb. Sionist əsgərlər atəş açmaqla yanaşı, bu düşərgənin sakinlərinə qarşı səs və şok qumbaralardan və zəhərli qaz qumbaralarından istifadə ediblər.

Qüds Batalyonları, Tulkərim Briqadası bu bölgədə birdən çox istiqamətdə işğalçı rejim qüvvələrinə qarşı intensiv və məqsədyönlü hücumlar həyata keçirə bildiklərini açıqlayıb.

Yerli mənbələrin məlumatına görə, müqavimətlə işğalçı qüvvələr arasında bu gərgin silahlı toqquşmalar Tulkərim düşərgəsinin Bəlavənə məhəlləsində davam edib.

Bu gün səhər saatlarında bu mənbələr hücumlardan və gərgin toqquşmalardan sonra işğalçı qüvvələrin Tulkərim düşərgəsindən tamamilə geri çəkildiyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − five =