Səudiyyə və Amerika rəsmiləri arasında dəniz təhlükəsizliyi ilə bağlı dialoq keçirilib

Səudiyyə və Amerika rəsmiləri arasında dəniz təhlükəsizliyi ilə bağlı dialoq keçirilib

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bu ölkənin hərbi rəsmiləri ilə ABŞ arasında dəniz təhlükəsizliyinə həsr olunmuş görüş keçirildiyini açıqlayıb.

 Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkə ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbərinin Ər-Riyaddakı ofisində ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının rəhbəri ilə görüşdüyünü açıqlayıb.

Amerika və Səudiyyə Ərəbistanının hərbi rəsmiləri davamlı olaraq görüşlər keçirir və ikitərəfli əlaqələr, hərbi əməkdaşlıq və bu əməkdaşlığın inkişaf etdirilməsi yollarını nəzərdən keçirirlər.

 “Əl-Xalic Online” saytının məlumatına görə, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkə ordusunun müştərək komandanı Fəyyaz bin Hamid Əl-Vailinin beşinci donanmanın rəhbəri admiral Bred Kuperlə görüşdüyünü açıqlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri dəniz və su yollarının təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq haqqında, həmçinin ortaq narahatlıq doğuran bəzi mövzuları müzakirə ediblər.

Bu görüşlər Vaşinqton və Ər-Riyad arasında siyasi münasibətlərdə, xüsusən də, Amerika prezidenti Co Bayden dövründə fikir ayrılıqlarının yaşandığı bir vaxtda keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − five =