Hizbullah: Bugünkü müqavimət düşməni dəhşətə gətirib

Hizbullah: Bugünkü müqavimət düşməni dəhşətə gətirib

Livan Hizbullah hərəkatının icra şurasının rəhbəri vurğulayıb ki, müqavimət öz gücü ilə sionist düşməni dəhşətə gətirib.

  Livan Hizbullah hərəkatının İcra Şurasının rəhbəri Seyid Haşim Səfiyəddin deyib ki, bu hərəkat ölkəni idarə etmək niyyətində deyil, əksinə, ölkəyə öz hüquqlarını əldə etmək və sərvətləri qorumaq məqsədi ilə gücləndirməyə çalışır.

O deyib: “Bu, bizim ölkədir və bizim üçün önəmlidir və əgər kimsə düşünürsə ki, müqavimət oxunda olduğumuz və Fələstini azad etmək planına inandığımız üçün ölkə məhv edilməlidir, bu, doğru deyil.

O, əlavə edib ki, Hizbullah hər kəsdən daha çox dövlət qurumlarının, xüsusən də ordu və təhlükəsizlik qurumlarının dağılmaması üçün can atır, çünki ölkənin dağılması bizim xeyrimizə deyil.

Əl-Mənar kanalının xəbərinə görə, Səfiyəddin belə bir açıqlama verib: “Hizbullah ölkədə hökumət ardınca deyil, əksinə, ona haqq qazandırmaq və ölkə sərvətlərini qoruyub saxlamaq üçün onu gücləndirməyə çalışır.”

O vurğulayıb: “Bugünkü müqavimət düşmənin zəif nöqtələrinə hücum strategiyasına arxalandığı üçün sahib olduğu qüdrətlə düşməni dəhşətə gətirib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 10 =