Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, “qara siyahı”ya Rusiyanın “SMT-iLogic” elektronika şirkəti, “TestKomplekt” adlı yüksək texnologiyalı elektron komponentlərin tədarükçüsü, həmçinin Sankt-Peterburqda qeydiyyatdan keçmiş “Stout” şirkəti daxil edilib.

Britaniya hökuməti bu şirkətləri strateji əhəmiyyətə malik sayaraq Rusiya hakimiyyətinə dəstək verdiyini vurğulayıb.

Krallıq müdafiə sahəsində Rusiyaya dəstək verən İranın fiziki və hüquqi şəxslərinə, “Paravar Pars” şirkətinə, İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) inkişaf və aerokosmik texnologiya ilə məşğul olan bölmələrinə qarşı da sanksiyalar tətbiq edib.

Hökumət Belarusa qarşı da 6 maddə üzrə sanksiya tətbiq edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =