Lavrovun müavini Tehrana gedib
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Tehrana səfər edib.
APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Səfər çərçivəsində Ryabkovla İran XİN-in müavini Əli Bağeri Kəni arasında Tehranda görüş baş tutub. Görüşdə ikitərəfli və regional məsələlərlə yanaşı, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) və İranın BRICS-ə üzvlüyü məsələsi müzakirə edilib.
Apa.az