Rusiyadan “dost olmayan ölkələr”lə bağlı qərar
Rusiya “dost olmayan ölkələr”lə vergi müqavilələrini qismən ləğv edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qərar qəbul edib.
Həmin qərara əsasən, qeyri-dost ölkələrlə əldə olunan gəlirlərə ikiqat vergitutmanı əhatə edən sazişlərin müddəaları ləğv edilib.
Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinə də ləğvetmələr barədə lazımi məlumatları müvafiq ölkələrə təqdim etmək tapşırılıb.
Qafqazinfo.az