Ekvadorda prezidentliyə namizədin öldürülməsindən sonra fövqəladə vəziyyət elan edilib

Ekvadorda prezidentliyə namizədin öldürülməsindən sonra fövqəladə vəziyyət elan edilib

Ekvador Prezidenti Qilyermo Lasso prezidentliyə namizəd Fernando Vilyavisensionun öldürülməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Bildirilib ki, prezident 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Bununla əlaqədar ölkə üzrə silahlı qüvvələrin səfərbər edilməsi nəzərdə tutulur. Prezident bundan əlavə, üç günlük matəm haqqında fərman da imzalayıb.

Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Sağ-mərkəzçi Vilyavisensio sorğularda dördüncü yerdə qərarlaşmışdı.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =