Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb
ABŞ-ın Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Maui dairəsinin meri kiçik Riçard Bissen bildirib.
O, axtarış-xilasetmə əməliyyatınn aparıldığını deyib: “Sonra nə baş verəcəyini deyə bilmərəm”.
Məlumata görə, təbii yanğın nəticəsində məşhur Laxayn turist şəhəri tamamilə məhv olub.
ABŞ Prezidenti Cozef Bayden federal yardımla bağlı göstəriş verdiyini bildirib.
Report.az