Rusiya mənbələri: Amerika Suriyanın Ət-Tənif bölgəsində İŞİD-i yenidən aktivləşdirib
Rusiya mənbələri ABŞ-ın İŞİD terror ünsürlərinə verdiyi yeni dəstəyi ilə Suriyanın şərqində onları yenidən aktivləşdirdiyini vurğulayıb.
Livanın Əl-Əxbar qəzeti Rusiya mənbələrinin ABŞ-ın Suriyanın bəzi bölgələrində İŞİD ünsürlərinə yeni dəstək verdiyini və 4 aydan sonra İŞİD ünsürlərinin aktivləşməsinin səbəbinin Amerikanın dəstəyi olduğunu təsdiqlədiyini bildirib.
Bu Livan qəzetinin xəbərinə görə, İŞİD qruplaşmasının ünsürləri son qırx səkkiz saat ərzində Suriya ordusu və onun müttəfiq qüvvələrinin Rakka (şimal) və Deyrəz-Zor (şərq) əyalətlərindəki mövqelərinə iki hücum həyata keçirib. Bu hücumlar göstərir ki, İŞİD Suriyanın Badyə səhrasında (bu ölkənin şərqində) hərbi fəaliyyətini bərpa edir.
İŞİD cümə günü verdiyi açıqlamada bu hücumlara görə məsuliyyəti rəsmi olaraq üzərinə götürüb
Əl-Əxbar yazıb: Aprel və may aylarında, göbələk yığımı mövsümündə İŞİD Rakka (şimal), Deyrəz-Zor (şərq), Huma (mərkəz-şimal) və hətta Hums əyalətinə hücum etdi və bundan sonra ordunun ərazidəki təmizləmə əməliyyatı və İŞİD ünsürlərinin mövqeləri, təchizat və silahlarının məhv edilməsindən sonra, onların hücumları azaldı.
Lakin Badyədə dörd aylıq nisbi sakitlikdən sonra İŞİD yenidən hücumlara başlayıb və Rakka və Deyrəz-Zor əyalətlərinin sərhəd nöqtəsindəki Mədan Ətiq bölgəsində Suriya ordusuna hücum edib.
Əl-Əxbar yazıb: Bu kontekstdə səhra mənbələri Əl-Əxbara bildiriblər ki, Rusiya və Amerika arasında son zamanlar artan qarşıdurma daha çox Ət-Tənif bölgəsi və onun ətrafında cəmləşib.
Rusiya ABŞ-ın Ət-Tanif bölgəsində 55 kmlik radiusda İŞİD ünsürlərinə yeni dəstək verdiyini və onları bu ərazidən Suriya ordusuna yeni hücumlar etməyə təşviq etdiyini vurğuladı.
Bu mənbələr Əl-Əxbar-a bildiriblər: “İŞİD-in Suriya ordusunun mövqelərinə hücumlarının əhəmiyyətli dərəcədə artması və ABŞ-ın işğal etdiyi ərazilərdə bu elementlərin olmaması Rusiya məlumatlarının doğruluğunu sübut edir. B
irləşmiş Ştatlar Suriya ilə İraqın təmas nöqtəsi olan Badyə bölgəsində Suriya ordusuna, ruslara və iranlılara təzyiq göstərmək üçün bu ünsürlərə dolayı dəstəyi artırıb. Bununla belə, Suriya ordusu və müttəfiqləri bu cür planlara mütləq mane olacaq və təmizlənmənin başlaması ilə bölgədə İŞİD-in istənilən hüceyrəsini məhv edəcəklər.