Afrika Birliyi Nigerdəki vəziyyətin hərbi yolla həllinə qarşı çıxıb
Afrika Birliyi Nigerdəki vəziyyətin hərbi yolla həllinə qarşı çıxıb.
“Report” xəbər verir ki, bu barədə “Le-Monde” məlumat yayıb.
Bildirilib ki, Afrika Birliyi ECOWAS-ın Nigerə hərbi müdaxilə haqqında qərarı ilə razılaşmadığını bildirərək ölkədə vəziyyətin hərbi yolla həllinə qarşı çıxıb.
Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Prezident Məhəmməd Bazumun girov saxlanıldığı bildirilir.
Report.az