Moldova “Qazprom”a borcunun ödənilməsi üçün

Moldova “Qazprom”a borcunun ödənilməsi üçün

müqavilə hazırlayır

Moldova “Qazprom”a tarixi borcun ödənilməsi üçün müqavilə hazırlayır.

APA xəbər verir ki, bu barədə Moldovanın energetika naziri Viktor Parlikov bildirib.

Nazirin sözlərinə görə, müqavilədə birbaşa ödənişlər əvəzində alternativ təkliflər yer alacaq, lakin təkliflərin mahiyyəti açıqlamayıb.

Parlikov onu da əlavə edib ki, bir müddət əvvəl Moldova “Qazprom”a olan borcun auditini başa çatdırıb, lakin hesabat hələlik konsernə təqdim edilməyib.

Qeyd edək ki, “Qazprom”un hesablamalarına görə, “Moldovaqaz”ın tarixi borcu 433 milyon dollar, ödənişlərin gecikməsi nəzərə alınmaqla isə 709 milyon dollar təşkil edir.

Moldova tərəfi borc məsələsinin həlli ilə razılaşsa da, sonradan auditin aparılmasının zəruriliyini bildirərək, “Qazprom”un irəli sürdüyü borc iddiasını qəbul etmədiyini bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + two =