Fransanın elit polis bölməsi narkotik alverçilərinə qarşı Marseldə əməliyyat keçirir

Fransanın elit polis bölməsi narkotik alverçilərinə qarşı Marseldə əməliyyat keçirir

Fransanın elit polis bölməsi narkotik alverçilərinə qarşı əməliyyat keçirmək üçün Marsel şəhərində yerləşdirilib.

APA “Le Monde” nəşrinə istinadən xəbər verir ki, bu barədə qərarı Fransanın daxili işlər naziri Gerald Darmanin verib.

Nəşrin qeyd etdiyi kimi, Marseldə narkotik satışı ilə məşğul olan kriminal dəstələr arasında mübarizə kəskinləşib.

Bu ilin əvvəlindən indiyədək şəhər və ətraf ərazilərdə cinayətkar qruplaşmaların üzvləri arasında 68 atışma olub. Silahlı toqquşmalarda ümumilikdə 30-dan çox, bu ayın əvvəlindən isə 7 nəfər ölüb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 8 =