“Qarabağ”ın “Olimpiya” ilə oyunlarının dəqiq vaxtı və hakimləri müəyyənləşib
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi oyunların dəqiq vaxtı bəlli olub.
“Report”un məlumatına görə, avqustun 24-də səfərdə gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, ilk oyunda FİFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov laynsmanlar qismində yardımçı olacaqlar. Radoslav Gidzhenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oxu.az