Kadırovun oğlu Quranı yandıran şəxsi təcridxanada döydü

Kadırovun oğlu Quranı yandıran şəxsi təcridxanada döydü

Quranı yandırdığına görə Rusiyanın Volqoqrad şəhərində həbs edilmiş Nikita Juravel Qroznı təcridxanasında Çeçenistanın başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu tərəfindəmn döyüldüyünü bildirib.

Belə bir şikayətin alındığını Çeçenistan Respublikasının insan haqları üzrə müvəkkili Mansur Soltayev də təsdiq edib.

Soltayev bildirib ki, ona bu işlə məşğul olmağı Rusiya ombudsmanı Tatyana Moskalkova həvalə edib. Bunu Moskalkovanın özü də təsdiq edir:
“Mənim adıma müvafiq müraciət daxil olub. Mən təcridxanaya şəxsən baş çəkmişəm…Söhbət zamanı Nikita mənə dedi ki, Çeçenistanın rəhbəri ona baş çəkib. Amma Ramzan Axmatoviç gedəndən sonra onu kamerada Adam Kadırov döyüb”.

Bugünlərdə Juravelin döyülməsi barədə iqtidaryönlü “ÇP Vaynax” və “ÇP Qroznı” pablikləri də xəbər vermişdilər. Onlar Penitensiar xidmətə istinadla eyni mətni dərc etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =