Qırğızıstan Prezidenti Budapeştə işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Budapeştə işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə işgüzar səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

O, milli bayram münasibətilə keçiriləcək tədbirlərdə və avqustun 19-dan 29-dək atletika üzrə dünya çempionatında iştirak edəcək.

Səfər çərçivəsində qırğız lideri Orbanla danışıqlar aparacaq. Onlar ikitərəfli əməkdaşlığın aktual məsələlərini və qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcəklər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + eighteen =