Moskvada yeraltı kollektorda ekskursiya zamanı ən azı 5 nəfər itkin düşüb
Moskva şəhərinin altındakı su-kanal sistemində ekskursiya zamanı ən azı 5 nəfər itkin düşüb.
APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Ehtimal olunur ki, onları Moskvada güclü leysan zamanı su axını aparıb, çünki leysandan sonra qrupla əlaqə kəsilib və itkin düşənlərin yaxınları polisə müraciət edib.
Məlumata əsasən, indiyə qədər iki nəfərin meyitini tapmaq mümkün olub, onların cəsədləri Moskva çayından çıxarılıb.
Hazırda digər itkin düşənlərin axtarışları davam etdirilir.
Apa.az