Moskvaya dron hücumu oldu – Video
Gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron hücumu olub.
Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, paytaxtın Strogino və Krasnoqorsk şəhərlərində ard-arda partlayış səsləri eşidilib. TASS agentliyi isə Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo aeroportları üzərində hava məkanının bağlanması barədə məlumat yayıb:“Uçuşlar qəbul edilmir, təxirə salınıb”.***Moskva meri Sergey Sobyanin teleqram kanalında dron hücumunu təsdiqləyib.O bildirib ki, hava hücumundan müdafiə qüvvələri Krasnoqorsk vilayətində və Moskva vilayətinin Çastsı rayonunda iki PUA-nı vurub.Hazırda xüsusi təyinatlılar hadisə yerindədir.***Şeremetyevo və Domodedovo hava limanlarında uçuşlar bərpa edilib.