Jerusalem Post: İran pilotsuz təyyarələrinin uçuş məsafəsini və imkanlarını artırıb

Jerusalem Post: İran pilotsuz təyyarələrinin uçuş məsafəsini və imkanlarını artırıb

Sionist mediası “Muhacir-10” pilotsuz təyyarəsinin nümayişini təhlil edərək yazıb ki, İran bu pilotsuz təyyarə ilə Təl-Əvivi təhdid edir.

İranın yeni döyüş pilotsuz təyyarəsini nümayiş etdirməsindən sonra sionist media bu hadisəni təhlil edərək yazıb ki, İran bu pilotsuz təyyarə ilə İsraili hədələyə bilər.

“Jerusalem Post” qəzeti çərşənbə axşamı yazıb ki, İran milli müdafiə sənayesi gününü ölkənin müdafiə sənayesinin son nailiyyəti olan yeni pilotsuz uçan aparatı nümayiş etdirməklə qeyd edib.

“Muhacir-10” PUA 2000 km uçuş məsafəsinə malikdir və 7000 metr yüksəklikdə 24 saat uça bilir. Bu o deməkdir ki, İran bu drondan İsraili və ya bölgədəki Amerika qüvvələrini təhdid etmək üçün istifadə edə bilər.

İranın pilotsuz təyyarələri son illərdə diqqət çəkib. Yeni pilotsuz təyyarənin ABŞ istehsalı olan “Reaper” pilotsuz uçan aparatı ilə, eləcə də raketlər kimi ağır silahları daşıya bilən bu sinifdəki digər bənzər pilotsuz təyyarələrlə oxşar cəhətləri var.

Bu qəzet İranın dron bazarında aktora çevrildiyini, dronlarının çeşidini və növünü artırdığını yazıb. İranın pilotsuz təyyarələrinin kökləri səksəninci illərə gedib çıxır. İran son illərdə pilotsuz təyyarələrini silahlandıra və uçur imkanlarını artıra bilib.

İran bu pilotsuz təyyarəni İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin iştirak etdiyi mərasimdə nümayiş etdirdi və bu silahın Tehran üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi.

 “Muhacir 10” PUA-nın maksimal yanacaq tutumu 450 litr, yükünün maksimal çəkisi isə 300 kq-dır. Bu pilotsuz təyyarənin maksimal sürəti saatda 210 kilometrdir və hər cür döyüş sursatı və Qaim bombası daşımaq qabiliyyətinə malikdir, həmçinin, elektron döyüş və kəşfiyyat sistemləri ilə təchiz edilib.

Amerikanın “Associated Press” xəbər agentliyi də bu başlıqlı reportajında yazıb: İran işğal altındakı Fələstinə potensial olaraq çata bilən MQ-9 Reaper-ə bənzər silahlı pilotsuz uçan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =