KXDR-in buraxdığı raketinin bəzi hissələri okeana düşüb – YENİLƏNİB

KXDR-in buraxdığı raketinin bəzi hissələri okeana düşüb – YENİLƏNİB

Yaponiya Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketinin bəzi hissələrinin Yaponiya cənubunda okeana düşməsini qeydə alıb.

APA-nın xəbərinə görə, Şimali Koreya raketinin hissələri Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşüb. Dağıntı və tələfat yoxdur.

***

23.42

Şimali Koreya ilk kəşfiyyat peykini daşıdığı ehtimal edilən raket buraxıb.

APA xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Bununla əlaqədar olaraq, Yaponiyada J-Alert xəbərdarlıq sistemi işə düşüb. Okinava prefekturasının sakinlərinə raket qalıqlarının düşməsi halında daldalanacaqlara sığınmaq tövsiyə olunub.

Atışdan təxminən 15 dəqiqə sonra raket Yaponiyanın hava məkanını Okinava üzərindən keçərək Sakit okeana doğru uçduğu üçün təxliyə xəbərdarlığı ləğv edilib. Eyni zamanda, Yaponiya raketi vurmağa cəhd etməyib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − fourteen =