Yeni media qurumları açmağa hazırlaşırmış
Tverdə baş verən qəzada həyatını itirən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyada yeni media qurumları açmağa hazırlaşırmış.
Bu barədə Lenta.ru nəşri məlumat yayıb.
Bildirilib ki, Priqojin bununla əlaqədar Rusiyanın tanınmış media qurumlarının sabiq rəhbərlərinə zəng edərək onlara əməkdaşlıq təklif edib.