Fələstinli tərəfdarların Google-a qarşı nümayişləri

Fələstinli tərəfdarların Google-a qarşı nümayişləri

Yüzlərlə Google işçisi və Fələstin xalqının tərəfdarı Kaliforniya ştatının San-Fransisko şəhərində şirkətin binası qarşısında keçirilən nümayişdə İsrail kabineti və ordusu ilə əməkdaşlığın dayandırılmasını tələb ediblər.

İRNA-nın çərşənbə günü Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, bu nümayiş Fələstin xalqı ilə həmrəylik əlaməti və Google-un illik ibri bulud texnologiyaları sammitinin keçirilməsinə etiraz əlaməti olaraq keçirilib.

Nümayişçilər əllərində Fələstin bayrağı tutaraq Google-un sionist rejimin Nazirlər Kabineti və ordusu ilə əməkdaşlığını dayandırmağı tələb ediblər.

Nümayişdə bir sıra nümayişçilər əllərini etiraz olaraq iclas zalının qarşısında zəncirləyiblər.

Bu nümayişin təşkilatçıları bəyanatda vurğulayıblar ki, Google texnologiyası ilham və innovasiya üçün istifadə edilmir. Əksinə, sionist rejimin kabineti və ordusu ilə imzalanmış bir milyard dollarlıq müqaviləyə əsasən, bu, İsrail təhlükəsizlik xidmətlərinə dəstək və bu rejimin irqi ayrı-seçkilik və zorakılığının gücləndirilməsi və Fələstin torpaqlarının müsadirə edilməsi üçün istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 8 =