Sel Şəkinin Cəyirli kəndini viran qoydu – VİDEO
Aramsız yağan yağışlar və sel Şəkinin Əlican çayı ətrafında yerləşən Cəyirli kəndində fəsadlara səbəb olub.
BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, dərələrdən gələn yağış suları kənddə əksər həyətlərə, zirzəmilərə və yaşayış evlərinə dolaraq sakinlərə ciddi ziyan vurub.
Kənd icra nümayəndəsinin müavini Fərzalı İsmayılovun sözlərinə görə, ərazidə 120-dən çox evə ziyan dəyib.
“5 km-dən artıq kəndarası yol dağılıb. 500-dən çox quş, 10-a yaxın xırdabuynuzlu heyvan məhv olub”, – deyə o əlavə edib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
BAKU.WS