Türkiyənin daha bir bölgəsində MEŞƏ YANĞINI BAŞLAYIB
Türkiyənin Muğla vilayətindəki meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə regional Meşə Region Müdirliyindən bildirilib.
Qeyd edilib ki, yanğın küləyin təsiri ilə daha da böyüyüb.
Hadisə yerinə meşə təsərrüfatı işçiləri və xilasetmə qrupları, həmçinin təyyarə və helikopterlər cəlb olunub.
BAKU.WS