İsveç parlamentinin qarşısında Ərdoğanın müqəvvası yandırılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müqəvvası İsveç parlamentinin qarşısında yandırılıb.
APA vesti.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumatda bildirilir ki, aksiyanı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) tərəfdarları təşkil edib.
Polis aksiyanı kənardan seyr etməklə kifayətlənib.
Qeyd edək ki, İsveç NATO-ya üzv olmaq üçün Türkiyənin razılığını gözləyir.
Apa.az