Tayvanda fabrikdə baş verən yanğında ölənlərin sayı 9 nəfərə çatıb

Tayvanda fabrikdə baş verən yanğında ölənlərin sayı 9 nəfərə çatıb

Tayvanın cənubundakı fabrikdə baş verən yanğında ölənlərin sayı 9 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, 109 nəfər yaralanıb və bir nəfər hələ də tapılmayıb.

Bildirilib ki, ölənlər arasında dörd yanğınsöndürən də var. DNT testlərindən istifadə edilərək onların şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, yanğın sentyabrın 22-də yerli vaxtla saat 17:00 radələrində Pintunq qraflığında elm və texnologiya parkının ərazisindəki qolf avadanlıqları fabrikində baş verib. Hadisə yerinə 34 yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi zamanı daha bir partlayış baş verib ki, bu da ölü sayının artmasına səbəb olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =