Fransa qoşunları Nigerdən geri çəkir – Tarix AÇIQLANDI
Publika.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “TF1” telekanalına müsahibəsində deyib.
“Biz hazırkı Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyik, çünki onlar artıq terrorla mübarizə aparmaq istəmirlər. Qarşıdakı həftələr və aylarda qoşunların nizamlı şəkildə çıxarılması zəruridir”, – deyə E.Makron Niameydəki bazadan hərbçilərin çıxarılmasına münasibət bildirərkən söyləyib.
O, qoşunların tam çıxarılmasının bu ilin sonuna qədər baş tutacağını açıqlayıb.
Publika.az