Tel-Əviv Qəzzanın şərqinə hava zərbələri endirib

Tel-Əviv Qəzzanın şərqinə hava zərbələri endirib

Sionist qüvvələr bu bazar ertəsi axşam saatlarında Qəzzanın şərqində müqavimət qüvvələrinin qərargahını iki dəfə raketlərlə hədəfə alıblar.

Fələstin xəbər mənbələri bu bazar ertəsi axşam sionist rejimin Qəzzə şəhərinin şərqinə hava hücumları barədə məlumat yayıb.

Səfa xəbər agentliyi bildirib ki, sionist qırıcılar Qəzzanın şərqində müqavimət qüvvələrinə aid qərargahı iki dəfə raketlərlə vurublar.

Bununla belə, sionist “Yedioth Aharonot” qəzeti yazıb ki, sionist ordu bu hücumlar zamanı Qəzza zolağında HƏMAS-ın iki müşahidə məntəqəsini hədəf alıb.

Bu qəzet iddia edir ki, bu hücumlar fələstinli döyüşçülərin yandırıcı balonları havaya buraxmasına cavabdır.

Son iki həftədə Qəzza zolağının şərq sərhədlərində gərginlik artıb və sionist qüvvələr həqiqi sursat və gözyaşardıcı qaz mərmiləri ilə nümayişçiləri dağıtmağa çalışır.

Hələ də Qəzza zolağındakı Fələstin qrupları, o cümlədən HƏMAS hərəkatı şərq sərhədlərində Qayıdış Yürüşünün bərpa olunduğunu rəsmən açıqlamayıb və cəmi bir ay əvvəl Qayıdış Yürüşünün Ali Milli Komitəsi buna hazırlıqlarını elan edib.

  Bu nümayişlərə dair gündəlik rəsmi çağırışlarda bu hərəkətlərin yəhudi bayramlarının başlanmasının kölgəsində sionist rejimin Məscidül-Əqsaya qarşı təcavüzünə etiraz çərçivəsində baş tutacağı açıqlanır.

Keçən cümə günündən (22 sentyabr) Qəzzanın şərqində sərhəd divarı yaxınlığında avtomobil təkərlərinin yandırılması və bomba partladılması ilə yanaşı, fələstinli nümayişçilər yandırıcı balonlardan istifadə edib və işğalçılar arasında çaxnaşma dalğası yaradıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + five =