Bayden Ursula fon der Leyen və Şarl Mişellə transatlantik tərəfdaşlığı müzakirə edəcək
ABŞ Prezidenti Co Bayden Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşəcək.
APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Görüş oktyabrın 20-də ABŞ-də baş tutacaq.
Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, görüşün məqsədi transatlantik tərəfdaşlığı gücləndirmək məqsədi daşıyır.
Tərəflər Ukrayna mümüharibəsi, Rusiyaya tətbiq olunan sanksiyaların pozulmasının qarşısını almaq yollarını müzakirə edəcəklər.
Apa.az