ABŞ İran və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndirib

ABŞ İran və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiya Federasiyasına yardım etdiyi iddiası ilə İran, Çin və BƏƏ-nin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyi “qara siyahıya” daxil edilmiş fiziki və hüquqi şəxslərin İranın “Shahed” tipli PUA-larının ən mühüm komponenti olan mühərriklərin alınması üçün təchizat və maliyyə əməliyyatları həyata keçirdiyini bildirib.

Nazirlik Rusiyanın həmin “Shahed-136” PUA-larını Ukraynada tətbiq etdiyini bildirib.

Sanksiyalar siyahısına daxil edilməsi həmin şəxs və şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ vətəndaşları ilə bu sahədə iş aparmasının qadağan edilməsi deməkdir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + one =