ABŞ-ın bir neçə ştatında torpaqda nəhəng, təhlükəli çatlar yaranıb
ABŞ-ın Arizona, Yuta, Kaliforniya və Texas ştatlarında uzunluğu 270 km-dən çox olan nəhəng çatlar yaranıb.
“Report”un məlumatına görə, bu barədə “Science Alert” portalı məlumat yayıb.
Həyəcanverici hadisəni Arizona Geoloji Xidmətindən olan alim Cozef Kuk aşkar edib.
O qeyd edib ki, çatlar ciddi təhlükə yaradır, çünki onlar binaların dağılmasına səbəb ola, yollara və körpülərə ziyan vura bilər. Alimin fikrincə, çatlar əhalinin içməli su ilə təminatında mühüm rol oynayan qrunt sularından geniş istifadə olunduğundan yarana bilər.
Report.az