Ayın tədqiqi tarixində bir ilkə hazırlıq gedir
Publika.az xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) xəbər yayıb.
Bildirilir ki, hazırda Ayın tədqiqi proqramı üçün “Chang`e-6” missiyasının inkişafı plana uyğun olaraq davam edir.
Buraxılış təxminən 2024-cü ilə planlaşdırılır.
Hesabatda, həmçinin qeyd olunur ki, Ayın qaranlıq tərəfindən ilk dəfə qrunt toplanacaq. İndiyədək toplanan bütün nümunələr Yerin peykinin görünən hissəsindən götürülüb.
Zondun eniş yeri kimi Cənub Qütbü – Eytken hövzəsindəki ərazi seçilib.
Zond “Queqiao-2” peyki ilə müşayiət və idarə olunacaq.
Publika.az