ÇL: 16 yaşlı futbolçu tualetə getmək üçün meydandan çıxdı və qayıtmadı
Ötən gün baş tutan “Porto” – “Barselona” matçında meydanda qəribə olay yaşanıb.
BAKU.WS xəbər verir ki, “Katalonlar”ın 16 yaşlı futbolçusu Lamine Yamal oyunun 70-ci dəqiqəsində tualetə getmək üçün stadionu tərk edib
Belə ki, futbolçu əvvəlcə bunun üçün baş məşqçisi Xavidən icazə istəyib. Dərhal gəlməsi gözlənilən futbolçu 10 dəqiqə gəlmədiyi üçün oyundan kənarlaşdırılıb.
O, 80-ci dəqiqədə Markos Alonso ilə əvəzlənib.
Matçdan sonra açıqlama verən Xavi bunları feyib:
“Yamal xəstə idi. Xəstəlikdən əziyyət çəkirdi. Bir müddətdir ki, bunu mənə deyirdi. Oyun dayananda tualetə getmək istədi, ona görə də ondan xahiş etdim ki, getsin və dərhal qayıtsın. O isə getdi, lakin qayıtmadı”.
Qeyd edək ki, Yamalın ishal olduğu bildirilir.
BAKU.WS