İsrail müharibə naziri: HAMAS-ın 1000-dən çox döyüşçüsü ölkə ərazisinə daxil olub

İsrail müharibə naziri: HAMAS-ın 1000-dən çox döyüşçüsü ölkə ərazisinə daxil olub

HAMAS-ın 1000-dən çox döyüşçüsü İsrail ərazisinə daxil olub.

İsrail Müdafiə Nazirliyi xəbər verir ki, bunu ölkənin müdafiə naziri Yoav Qallant NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib.

“7 oktyabrda baş verən hücum zamanı mindən çox radikal HAMAS döyüşçüsü İsrailə daxil olub. Bununla yanaşı minlərlə raket atılıb və HAMAS üzvləri cənub sərhədimizdən ərazimizə keçib”, – deyə nazir bildirib.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

9 oktyabrdan etibarən İsrail hakimiyyəti Qəzza zolağının tam miqyasda blokadaya alınması, elektrik və su təchizatının kəsilməsi, ərzaq və yanacaq tədarükü yollarının kəsilməsi barədə göstəriş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + twelve =