Britaniyada terror olacağı barədə xəbərdarlıq edildi
Kəşfiyyat xidmətləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin Böyük Britaniyada terror aktlarına səbəb ola biləcəyini etiraf edib.
Bunu “Sky News”a müsahibəsində Britaniyanın “MI5” əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum deyib.
“Təəssüf ki, karyeram boyu Yaxın Şərqdəki hadisələr tez-tez Avropa və Böyük Britaniyaya təsir edib. Mənim komandam Yaxın Şərqdəki hadisələrin Böyük Britaniyadakı bəzi insanları hansısa hücuma cəhd etməyə sövq edəcəyi ehtimalına tamamilə hazırdır”, – deyə o bildirib.