Bakının İrəvana yeni sülh təklifi

Bakının İrəvana yeni sülh təklifi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan hökumətinin sülh təklifinə Bakının cavabı və yeni təklif irəli sürdüyündən xəbər verib.

Ermənistanın Diplomatik Xidmətinin rəhbəri bu ölkənin Milli məclisinin iclasında  İrəvan hökumətinin Dağlıq Qarabağ sülh sazişini mümkün qədər tez bağlamaq əzmində olduğunu vurğulayaraq bildirib: İrəvan bakıya sülh sazişinin beşinci versiyasını təqdim edib Bakıdanda  yeni təkliflər alıb”.

“Mirzovyan” danışıqların davam etdiyinə diqqət çəkib və vurğulayıb: “Elə mühüm məsələlər var ki, tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır”.

Azərbaycan Respublikası ilə Ermənistan son günlər növbəti müharibənin bir addımlığında dayandılar. Amma İranın köməyi və hər iki tərəfin razılaşması ilə üçüncü Qarabağ müharibəsi baş vermədi.Əlbəttə müharibə ehtimalı hələdə yüksəkdir.

İranın Cənubi Qafqazda sabitliyi bərqərar etməyə çalışdığı bir şəraitdə bəzi ölkələr müharibə yolu ilə qeyri-sabitlik yaratmaq üçün əlavə səylər göstəriblər. Əslində bəzi dövlətlər yeni bir müharibənin başlanması üçün  Azərbaycan Respublikasını və ya Ermənistanı təxribata çəkirlər. Amerika və Fransa Qafqaz regionunda müharibə yaratmağa çalışırlar.

Qərb hökumətləri Ermənistanı Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çağırır, türkiyədə Ermənistanın cənubundan dəhliz əldə etmək üçün Bakı rəsmilərini Ermənistanla toqquşmaya məcbur etməyə çalışır. Qərb hökumətləri, xüsusilə Amerika və Fransa Ermənistanı Azərbaycan Respublikası ilə növbəti müharibəyə məcbur etmək üçün bütün səylərini səfərbər edirlər.

Amerika və Fransa hakimiyyətləri düşünürlər ki, Qafqazda müharibə başlayarsa, Rusiya və Ukrayna arasında müharibəyə görə Moskva liderləri bu region ölkələri ilə münasibətlərdə bir çox imtiyazlarını itirəcəklər. Əslində Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidə həmin məqsədə xidmət edir.

Bu vəziyyətdə İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzovyan ilə telefon danışığında Ermənistan və ABŞ arasında davam edən hərbi təlimlərə toxunaraq bildirib: Hər hansı bir əcnəbi qüvvələrin regionda iştirakı, region vəziyətinin dahada mürəkəbləşməsinə yardım edəcək. Əmir Abdullahian həmçinin regionda davamlı sülhə nail olmaq və fikir ayrılıqlarının əsaslı həl edilməsi üşün  regional dialoqlar və mexanizmlər, o cümlədən 3+3 təşəbbüsünü ən yaxşı yol sanıb. 

Münaqişə tərəflərinin sülhə nail olmasi üçün böyük imkanların olduğu bir vaxtda pozitiv olmaq əvəzinə siyasi ekspertlər və hətta marağlı ölkələrin rəsmiləri inamsızlığın dərinliyini nümayiş etdirərək qarşı tərəfi düşmənçiliyi davam etdirməyə çalışırlar. Qeyd etmək lazımdır: Tehranın Bakı ilə İrəvan arasında sülhün bərqərar olması üçün göstərdiyi dəyərli səyləri İranın Qafqaz regionuna və bu regionda sabitliyə önəm verdiyindən xəbər verir. Eyni zamanda Tehran hakimiyyətinin sülhsevər mövqeləri göstərir ki, İran Cənubi Qafqazda sülhü dəstəkləyir və qeyri-sabitliyə və bu regionda əcnəbilərin olmasına dözməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + fourteen =