Hakan Fidan: Belə müvəqqəti qələbələr tarix boyu İsrailə təhlükəsizlik və sülh gətirməyib

Hakan Fidan: Belə müvəqqəti qələbələr tarix boyu İsrailə təhlükəsizlik və sülh gətirməyib

“On minlərlə mülki insan bizim gözlərimiz qarşısında həyatlarını itirir. Fələstində vəziyyət həmişə faciəli olub və indi qanlı qırğına çevrilib. İnsanlara bu cür kollektiv və amansız əzab vermək üçün bir bəhanə və səbəb ola bilməz hansı ki, bu, Qəzzada baş verir”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və HAMAS arasında gedən müharibənin de-eskalsiyası ilə bağlı Qahirə sülh konfransında çıxışında deyib.

“Biz istənilən mülki itkinin pislənilməsində qətiyyətli və birmənalı olmalıyıq. Bu ən vacib nöqtədə beynəlxalq ictimaiyyət öz səylərini və mesajları çatdırmalıdır. İsrail xəbərdar olunmalıdır ki, belə müvəqqəti qələbələr tarix boyu onlara təhlükəsizlik və sülh gətirməyib və indi də gətirməyəcək. İsrail bəzi ölkələrin həmrəyliyindən açıq çek kimi istifadə edir və fələstinlilərə qarşı kor qəzəb yaradır və bu qəzəb hətta məscidləri və xəstəxanaları da hədəf alır”, Hakan Fidan bildiriib.

Türkiyə XİN rəhbəri qeyd edib ki, İsrailin bəzi ölkələr tərəfindən qeyd-şərtsiz silahlandırılması regionda işğalın daha da dərinləşməsinə imkan yardır. Və bu siyasət münaiqşənin digər vacib tərəfini – Fələstini gözardı edir.
“Türkiyə müharibənin dərhal dayandırılması və Qəzzaya humanitar yardımın çatdırlamsının vacib şərt olduğuna inanır. Eyni zamanda biz iki dövlətli həll yoluna əsaslanan sülh danışqlarına qayıtmaq prosesini canlandırmalıyıq. 1967-ci ilə sərhədləri və Şərqi Yerusəlim paytaxt olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılması yalnız region üçün deyil, həmçinin qlobal təhlükəsizlik üçün vacib elementdir. Əminəm ki, biz hamımız bu yanaşmanı dəstəkləyirik, ancaq hesab edirəm ki, sadəcə, razılaşmaq kifayət deyil, biz vizyonun reallaşması üçün addımlar atmalıyıq. Tərəflərin ədalətli sülhə sadiqliyini və öhdəliklərini yerinə yetirdiyini yoxlamaq, monitorinq etmək üçün müəyyən mexanizmin yaradılması lazımdır. Türkiyə bu konseptin daha da inkişafına sadiqidr”, Hakan Fidan deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =