New York Times: Bayden İsrailə Hizbullah ilə münaqişəyə girməməyi tövsiyə etdi

New York Times: Bayden İsrailə Hizbullah ilə münaqişəyə girməməyi tövsiyə etdi

ABŞ hökumət rəsmiləri israillilərə cənubda Həmas, şimalda isə Hizbullah ilə qarşıdurmanın çətinlikləri barədə xəbərdarlıq edib.

“The New York Times” qəzeti yazıb ki, ABŞ Prezidenti Co Bayden administrasiyasının rəsmiləri İsrailin hərbi naziri Yoav Gallantın Hizbullaha qarşı qabaqlayıcı hücumu dəstəklədiyi haqda məlumat alıb.

Bu qəzetin yazdığına görə, Bayden və onun yüksək səviyyəli köməkçiləri İsraildən bu güclü qrup olan Hizbullaha qarşı İsraillə münaqişəyə gətirəcək hər hansı genişmiqyaslı hücumdan çəkinməyi xahiş ediblər.

Amerika rəsmiləri narahatdırlar, çünki Netanyahunun döyüş kabinetinin daha radikal üzvlərindən bəziləri HƏMAS-a qarşı tədbir görməklə eyni vaxtda Hizbullaha qarşı tədbir görməyə razılaşıblar.

New York Times yazıb ki, Bayden administrasiyasının rəsmiləri israilliləri cənubda Həmas, şimalda isə Hizbullah ilə qarşıdurmanın çətinlikləri barədə xəbərdar ediblər.

İki gün əvvəl “Axios” xəbər saytı məlumatlı amerikalı və sionist mənbələrə istinadən xəbər vermişdi ki, Co Bayden Benyamin Netanyahu ilə görüşdə Hizbullahın Qəzza münaqişəsinə qoşulmasından narahat olduğunu bildirib.

Axios daha sonra yazıb: “İsrail Müharibə Şurası Baydenə müharibədən sonrakı planın olmadığını və diqqətin əks-hücum üzərində olduğunu bildirib.”

Amerika və sionist mənbələrin məlumatına görə, Tel-Əviv müharibə naziri Yoav Qalant da Baydenə bildirib ki, Qəzza zolağında HƏMAS-ın məhv edilməsi üçün səylər illər çəkə bilər.

Sionist televiziyası Qalanta istinadən xəbər verir: “Hizbullah HƏMAS-dan on dəfə güclüdür. Şimalda sahə xəstəxanası yaratmalıyıq.”

Digər tərəfdən, “The Times” jurnalı da yazıb ki, ABŞ Prezidenti sionist rejimin baş naziri ilə təkbətək görüşdə Qəzzə zolağına quru hücumunu dəstəklədiyini bəyan edib.

Bayden həmçinin, Vaşinqtona qayıdarkən jurnalistlərə deyib ki, Hizbullahın münaqişəyə rəsmən qoşulacağı təqdirdə Amerikanın müharibəyə girəcəyi barədə heç nə deməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 1 =