Qatil rejim böyük uğursuzluqdan xilas olmağın yolunu tapıb! – TƏHLİL

Qatil rejim böyük uğursuzluqdan xilas olmağın yolunu tapıb! – TƏHLİL

Əl-Əqsa tufanı əməliyyatı ilə böyük sarsıntı və məğlubiyyətə uğrayan sionist rejim məğlubiyyətin əvəzini çıxmaq üçün fələstinlilərin qətliamını davam etdirir.

75 illik tarixində ən ağır məğlubiyyətə uğrayan sionist rejim Qəzzə zolağına qarşı hərtərəfli hücumlarını genişləndirib.

Son açıqlanan statistikaya əsasən, sionistlərin hücumları nəticəsində 4600 fələstinli şəhid olub, minlərlə günahsız insan isə yaralanıb. Şəhid və yaralıların 60%-dən çoxunu uşaqlar və qadınlar təşkil edir. Gündəlik bombardmanlar nəticəsində Qəzzədə evlər və infrastruktur, xüsusilə tibb mərkəzləri və xəstəxanalar dağıdılır.

Aydın məsələdir ki, sionist rejim bu hücumlarını Qərbin, xüsusilə də ABŞ-ın yaşıl işığı ilə davam etdirir. Bu baş verənlər heç şübhəsiz Qəzza əhalisinə qarşı soyqırımın bariz nümunəsidir. Bununla bağlı çoxlu dəlillər var ki, qadınların və uşaqların kütləvi şəkildə öldürülməsi, xəstəxanalara hücumlar, yaralıların daşınmasına icazə verilməməsi, dərmanların əldə edilməsinə qadağa qoyulması, məktəblərə, məscidlərə və dini mərkəzlərə hücumlar bu dəlillər sırasındadır.

İspaniyanın sosial hüquqlar naziri İvan Bilarə bu günlərdə Qəzzədə baş verən hadisələr barədə bildirib ki, sionist rejim Qəzzə sakinlərini kütləvi şəkildə cəzalandırmağa başlayıb. İsrail yüz minlərlə insanı işıqsız, susuz və qidasız qoyub, mülki əhalini bombalayır ki, bu da müharibə cinayəti və soyqırımı sayıla bilər.

Bu cinayətlər göstərir ki, sionist rejim Əl-Əqsa tufanında məğlubiyyətin şiddətini azaltmaq üçün qırğınlara əl atıb. İnsan haqlarını iddia edən Qərb dövlətləri isə Qəzzədə soyqırıma göz yumur və yalnız Əl-Əqsa tufanında sionistlərin öldürülməsini böyük faciə kimi görürlər. Fələstin İslami Cihadının İrandakı nümayəndəsi Nasir Əbu Şərif deyib ki, İsrail faktiki olaraq Qərbin dəstəyi ilə qırğın törədir və bu, dünya üzrə bütün mənəvi və bəşəri dəyərlərin süqutudur. Bir xalq məhv edilir və insanlığa qarşı hər cür cinayətlər törədilir.

Beləliklə də bütün əxlaqi dəyərlərin çökməsi göz önündədir. Bunlar ABŞ başda olmaqla demokratiyanı tərifləyən Qərb dövlətlərinin şərəfsizliyini, onların İslam və müsəlmanlara qənim kəsildiklərini və açıq-aşkar yalan danışdıqlarını göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eight =