Həniyyə Təhlükəsizlik Şurasında Amerikanın qətnaməsinə veto qoymaqda Rusiya və Çinin mövqeyini yüksək qiymətləndirib

Həniyyə Təhlükəsizlik Şurasında Amerikanın qətnaməsinə veto qoymaqda Rusiya və Çinin mövqeyini yüksək qiymətləndirib

İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun rəhbəri bəyanatında Rusiya və Çinin Təhlükəsizlik Şurasındakı mövqeyini və Amerikanın sionist işğalçı rejimə dəstək qətnaməsinə veto qoymasını yüksək qiymətləndirib.

İsmayıl Həniyyə Qəzza xalqına qarşı hücum və cinayətlərin dərhal dayandırılmasını tələb edən Təhlükəsizlik Şurasına üzv və qeyri-üzv ölkələrin hamısını təqdir və onlara təşəkkür edib.

Həniyyə beynəlxalq ictimaiyyətdən sionist rejimini insan haqlarına hörmətlə yanaşmağa, Fələstin xalqının, xüsusən də Qəzza xalqının hüquqları üçün beynəlxalq və humanitar qanun və qətnamələrin icrasına məcbur etməyi tələb edib.

Rusiya və Çin Təhlükəsizlik Şurasında ABŞ-ın Qəzza ilə bağlı sionist rejimin xeyrinə olan qətnaməsinə veto qoyub.

Bu qətnamədə Qəzzəyə humanitar yardımın göndərilməsi qeyd edilir, lakin sionist rejimin Qəzzə xalqına qarşı hücum və cinayətlərinin dayandırılması qeyd olunmur.

Rusiyanın Təhlükəsizlik Şurasındakı nümayəndəsi bildirib ki, ABŞ-ın təklif etdiyi qətnamə İsrailin Qəzzaya qarşı hücumlarını davam etdirmək üçün Təhlükəsizlik Şurasının icazəsidir.

Çinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi deyib: ABŞ-ın təklif etdiyi qətnamə Qəzzada dinc əhaliyə qarşı güc və silahdan istifadəni əsaslandırıb.

O, əlavə edib: Müharibə və sülhlə bağlı hər hansı birmənalı olmayan qətnamə məsuliyyətsiz və təhlükəlidir və genişmiqyaslı hərbi əməliyyatlara yol açır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =