Mobil hücum briqadaları 8 km mənzilli zireh tank əleyhinə raketlərlə təchiz edilib

Mobil hücum briqadaları 8 km mənzilli zireh tank əleyhinə raketlərlə təchiz edilib

İran Ordusunun Quru Qoşunları komandanının müavini mobil hücum briqadalarının ən azı 8 kilometr mənzilli zirehli tank əleyhinə raketlərlə təchiz olunduğunu açıqlayıb.

Məlumata görə, Nozər Neməti İsfahanın Nəsrabad paliqonunda İran Ordusunun Quru Qoşunları “2023 –Güc” təliminin birinci mərhələsində görülmüş əməliyyat tədbirləri haqda açıqlamalar verərək bildirib ki, “İran Ordusunun Quru Qoşunları 2023 güc” təliminin bu mərhələsində dörd briqada, iki diviziya və bir məntəqə qərargahımız bu döyüş paliqonuna cəlb edilib.Bu təlimimiz ilk dəfədir ki, bu qədər geniş miqyaslı sahəsini əhatə etməklə birgə başladılır”

O daha sonra bildirib ki, bu təlimdə PUA və Hava-desant qüvvələrinin iki batalyonu və bir mühəndis qrupu da iştirak edir. Bu təlimdəki texnikanın miqdarı keçən ilki təlimlə müqayisədə iki dəfə çoxdur və hər cür raketlərə malik iki mobil hücum briqadası bu təlimlərə cəlb edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − eight =