ABŞ və İsrailin müdafiə nazirləri Qəzzadakı vəziyyəti müzakirə etdilər

ABŞ və İsrailin müdafiə nazirləri Qəzzadakı vəziyyəti müzakirə etdilər

İsrailin müdafiə naziri Yoav Qalant və amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.

Bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, nazirlər İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını müzakirə ediblər.

Ostin İsrail Müdafiə Qüvvələrinin əməliyyatı zamanı mülki əhalinin qorunmasının,  humanitar yardımın dərhal çatdırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, bu, tərəflərin son günlərdə ikinci telefon danışığıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 4 =